• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnsan, vaxt və büdcə resursunu balanslaşdırmaq" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnsan, vaxt və büdcə resursunu balanslaşdırmaq" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən layihə və təşkilati fəaliyyətlərdə insan resurslarının idarə olunması, vaxtın planlaşdırılması, büdcənin optimallaşdırılması, resurslar arasında tarazlığın qorunmasının əhəmiyyəti və resurs məhdudiyyətlərinin düzgün idarə olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə prioritetləşdirmə metodları, iş bölgüsü, resurs yükünün idarə edilməsi, vaxt itkilərinin azaldılması, maliyyə resurslarının səmərəli istifadəsi və real nümunələr əsasında balanslaşdırma strategiyalarının tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...