Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnvestor cəlbi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnvestor cəlbi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 13-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən investor cəlbinin prinsipləri, sərmayə bazarlarının imkanları, investisiya prosesində etimadın formalaşdırılması, biznes planların investor tələblərinə uyğun hazırlanması və beynəlxalq investisiya trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə təqdimat bacarıqları, investorlarla effektiv kommunikasiya, maliyyə göstəricilərinin təqdimatı, risk və gəlir balansının izahı, eləcə də startaplar üçün investisiya cəlb etmə strategiyaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...