• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İqlim dəyişikliyi və iqtisadiyyat" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İqlim dəyişikliyi və iqtisadiyyat" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 28-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən iqlim dəyişikliyinin iqtisadi təsirləri, dayanıqlı inkişafın maliyyə və istehsal proseslərinə inteqrasiyası, ekoloji məsuliyyətli biznes modelləri və yaşıl iqtisadiyyatın formalaşmasında sahibkarların rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə enerji səmərəliliyi, karbon izinin azaldılması, resursların effektiv istifadəsi, ətraf mühitin qorunması istiqamətində iqtisadi təşəbbüslər və iqlim risklərinin idarə olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...