• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən ""Just-in-Time" (JIT) vs "Just-in-Case" (JIC) modelləri" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən ""Just-in-Time" (JIT) vs "Just-in-Case" (JIC) modelləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 21-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən JIT və JIC təchizat modellərinin mahiyyəti, hər iki yanaşmanın üstün və zəif tərəfləri, ehtiyatların idarə olunması prinsipləri, istehsal prosesində çeviklik və xərclərin optimallaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə JIT modelində minimal ehtiyat strategiyası, JIC modelində riskə qarşı qoruyucu ehtiyatların saxlanması, logistika zəncirinə təsirlər, müəssisələr üçün doğru modelin seçilməsi və real biznes nümunələri üzərindən müqayisəli təhlil ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...