Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kapitalın səmərəli bölgüsü" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kapitalın səmərəli bölgüsü" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 28-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən kapitalın idarə olunmasının əsas prinsipləri, investisiya prioritetlərinin müəyyənləşdirilməsi, maliyyə resurslarının optimal bölüşdürülməsi, sərmayə risklərinin qiymətləndirilməsi və kapital effektivliyinin ölçülməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə kapital büdcələşdirmə metodları, layihələr üzrə gəlirlilik təhlilləri, resurs çatışmazlığının aradan qaldırılması, vəsaitlərin səmərəli istifadəsi və real biznes nümunələri əsasında kapital bölgüsünə dair praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...