Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Komanda motivasiyası və daxili ünsiyyət" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Komanda motivasiyası və daxili ünsiyyət" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 24-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən komanda motivasiyasının psixoloji əsasları, işçi məmnuniyyətinin artırılması, motivasiya modelləri, daxili kommunikasiya kanallarının düzgün qurulması və əməkdaşlıq mühitinin formalaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə komanda ruhunun gücləndirilməsi, daxili ünsiyyət strategiyalarının tətbiqi, münaqişələrin kommunikasiya vasitəsilə həlli, rəyləşmə mədəniyyətinin təşviqi və effektiv komanda işinin real nümunələrlə izahı ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...