Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Komanda motivasiyası və izləmə sistemi qurmaq" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Komanda motivasiyası və izləmə sistemi qurmaq" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 5-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən komanda üzvlərinin motivasiyasını artırmaq yolları, mükafatlandırma və tanınma mexanizmləri, effektiv liderlik bacarıqları və məqsədyönlü iş mühitinin formalaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə performansın izlənilməsi, nəticə əsaslı qiymətləndirmə sistemlərinin qurulması, motivasiya mexanizmlərinin davamlılığı və komanda daxilində əməkdaşlığın gücləndirilməsi məsələləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...