• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kommersiya təklifinin strukturlaşdırılması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kommersiya təklifinin strukturlaşdırılması" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən kommersiya təklifinin məqsədi, təklif strukturunun doğru qurulması, dəyər təklifinin formalaşdırılması, rəqəmsal və ənənəvi formatlarda təqdimat üsulları və satış prosesində təklifin rolunun artırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə məhsul və xidmətlərin üstünlüklərinin vurğulanması, qiymətlandırma məntiqi, müştəri ehtiyaclarına uyğunlaşdırma, vizual elementlərin istifadəsi, müqayisəli təhlillər və real nümunələr əsasında peşəkar təklif hazırlanması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...