Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihə sənədləşməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihə sənədləşməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 1-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən layihə sənədləşməsinin mahiyyəti, düzgün sənədləşmənin idarəetmədə rolu, layihə planlarının hazırlanması, hesabatlılıq və nəzarət mexanizmləri, müasir sənədləşmə standartları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə layihə çərçivə sənədlərinin hazırlanması, texniki tapşırıqların tərtibi, büdcə və vaxt cədvəllərinin sənədləşdirilməsi, risklərin sənədləşmədə nəzərə alınması və elektron sənəd dövriyyəsinin tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...