• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyat dövrü" mövzusunda təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin həyat dövrü" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 5-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən layihələrin idarə olunması, layihə anlayışı və mərhələləri, resursların idarə edilməsi, risklərin və çağırışların idarə olunması, layihə alətləri və metodologiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə layihə idarəçiliyinin mahiyyəti, layihənin həyat dövrü mərhələləri və hər mərhələdə görülən əsas işlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...