• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin məqsəd və hədəflərinin müəyyənləşdirilməsi" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Layihənin məqsəd və hədəflərinin müəyyənləşdirilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 19-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən layihə idarəçiliyinin mahiyyəti, məqsəd və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyəti, planlaşdırma mərhələsində əsas prinsiplər, resursların səmərəli istifadəsi və müasir layihə idarəetmə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə hədəflərin müəyyənləşdirilməsi, layihə məqsədlərinin biznes strategiyası ilə uyğunlaşdırılması, risklərin qiymətləndirilməsi, icra prosesində monitorinq və nəticələrin ölçülməsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...