• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Likvidlik probleminin qarşısını almaq" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Likvidlik probleminin qarşısını almaq" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 20-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən likvidlik anlayışı, qısa müddətli öhdəliklərin idarə olunması, nağd pul axınının balanslaşdırılması, maliyyə risklərinin azaldılması və likvidlik böhranlarının qarşısının alınması üçün tətbiq olunan əsas metodlar barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə gəlir və xərclərin sinxronlaşdırılması, debitor borclarının idarə olunması, ehtiyat fondlarının yaradılması, maliyyə göstəricilərinin analizi və davamlı nağd axınının təmin edilməsi üçün praktiki alətlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...