• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Logolar, rənglər, vizual üslub və mesaj" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Logolar, rənglər, vizual üslub və mesaj" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 20-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən brendin vizual identikliyinin formalaşdırılması, loqo dizaynının əsas prinsipləri, rəng psixologiyası, vizual üslubun brend dəyərinə təsiri və düzgün mesajın auditoriyaya çatdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə rəng palitrasının seçilməsi, tipografi ilə brend üslubunun uyğunlaşdırılması, vizual elementlərdə ardıcıllığın qorunması, brend mesajının vizual kommunikasiya ilə gücləndirilməsi və uğurlu brend nümunələrinin təhlili ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...