Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsul modeli (MVP)" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsul modeli (MVP)" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 3-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən minimal həyat qabiliyyətli məhsul anlayışı, onun biznes ideyalarının sınaqdan keçirilməsində rolu, bazar tələblərinin müəyyənləşdirilməsi və istifadəçi rəylərinin toplanması üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə MVP-nin hazırlanması mərhələləri, məhsulun ilkin versiyasının test edilməsi, bazara çıxış strategiyaları və məhsulun təkmilləşdirilməsi prosesləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...