Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mənfəət və zərər hesabatı" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mənfəət və zərər hesabatı" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 2-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən mənfəət və zərər hesabatının mahiyyəti, maliyyə hesabatlarında rolu, gəlir və xərclərin düzgün uçotu, nəticələrin biznes qərarlarına təsiri və müasir maliyyə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə hesabatın strukturu, əsas göstəricilərin təhlili, maliyyə nəticələrinin qiymətləndirilməsi, mənfəətliliyin artırılması yolları və kiçik bizneslər üçün praktik nümunələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...