Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mühasibat etikası" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Mühasibat etikası" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 30-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən mühasibat etik davranış prinsipləri, peşəkar məsuliyyət və dürüstlüyün qorunması, şəffaf hesabatlılığın təmin olunması, maliyyə məlumatlarının düzgün təqdimatı və etik pozuntuların qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə mühasibat fəaliyyətində obyektivlik və məxfilik prinsipləri, etik dilemmanın həlli üsulları, peşəkar standartlara riayət etməyin əhəmiyyəti və beynəlxalq etik kodekslərə uyğun təcrübələr ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...