• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri məmnuniyyəti" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri məmnuniyyəti" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 21-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən müştəri məmnuniyyətinin mahiyyəti, biznesdə uzunmüddətli uğurun əsas amili kimi əhəmiyyəti, müştəri təcrübəsinin idarə olunması, xidmət keyfiyyətinin artırılması və müasir müştəri yönümlü yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, geribildirimlərin toplanması və analizi, müştəri sadiqliyinin formalaşdırılması, şikayətlərin idarə olunması və məmnuniyyət səviyyəsinin ölçülməsi üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...