Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri psixologiyası və satış davranışları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Müştəri psixologiyası və satış davranışları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 7-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən alıcı davranışlarını formalaşdıran əsas amillər, müştərinin ehtiyac və motivasiyalarının düzgün anlaşılması, satınalma qərarlarına təsir edən psixoloji mexanizmlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə real satış nümunələri üzərində müştəri davranışlarının təhlili, satış strategiyalarının psixoloji əsaslarla qurulması və müştəri ilə effektiv ünsiyyətin yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...