Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Nizamnamə qaydaları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Nizamnamə qaydaları" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 14-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən nizamnamənin mahiyyəti, hüquqi şəxslərin fəaliyyətində nizamnamənin rolu, əsas müddəaların formalaşdırılması, idarəetmə strukturu və qərar qəbul etmə mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə nizamnamə dəyişikliklərinin həyata keçirilməsi qaydaları, təsisçilərin hüquq və vəzifələri, hüquqi uyğunluğun təmin olunması, mübahisələrin qarşısının alınması və praktik nümunələr əsasında təhlillər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...