Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ofis proqramları ilə işləmək (Word, Excel, PowerPoint)" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ofis proqramları ilə işləmək (Word, Excel, PowerPoint)" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 17-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən ofis proqramlarının mahiyyəti, Word-də mətnlərin düzgün formatlanması, Excel-də cədvəl və hesablama imkanları, PowerPoint-də effektiv təqdimatların hazırlanması və müasir iş mühitində ofis proqramlarının rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə məhsuldarlığın artırılması üçün praktiki üsullar, faylların idarə olunması, diaqram və qrafiklərin qurulması, təqdimat dizaynının əsas qaydaları və gündəlik iş prosesində ofis proqramlarından səmərəli istifadə yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...