Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Onlayn təhlükəsizlik və etik davranış qaydaları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Onlayn təhlükəsizlik və etik davranış qaydaları" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 16-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəqəmsal mühitdə təhlükəsizlik prinsipləri, şəxsi məlumatların qorunması, kiberhücumların qarşısının alınması, sosial şəbəkələrdə davranış mədəniyyəti və müasir rəqəmsal təhlükəsizlik trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə onlayn etikanın əsas qaydaları, virtual ünsiyyətdə etik davranış, sosial mühəndislik risklərinin azaldılması, kiberbulling və neqativ halların qarşısının alınması, rəqəmsal mühitdə məsuliyyətli istifadəçi olmaq ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...