Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Özünü motivasiya" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Özünü motivasiya" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 17-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən özünü motivasiyanın mahiyyəti, daxili və xarici motivasiya faktorları, məqsədyönlü düşüncə tərzi, müsbət vərdişlərin formalaşdırılması və şəxsi inkişafda motivasiyanın rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə stres və çətinliklərlə mübarizə, məqsədlərə çatmaq üçün effektiv strategiyalar, özünü dəyərləndirmə və inamın artırılması, məhsuldarlığın qorunması və motivasiyanın davamlı saxlanılması üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...