Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal marketinq" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal marketinq" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 29-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəqəmsal marketinqin mahiyyəti, onlayn mühitdə müştəri cəlb etmə üsulları, sosial media strategiyalarının əhəmiyyəti, rəqəmsal reklam kanallarının seçilməsi və müasir trendlərin tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə SEO və SEM anlayışları, kontent marketinqinin rolu, hədəf auditoriyanın müəyyənləşdirilməsi, performans göstəricilərinin təhlili və rəqəmsal kampaniyaların optimallaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...