• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal reklam alətləri" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal reklam alətləri" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 27-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəqəmsal reklamın mahiyyəti, onlayn platformalarda effektiv reklam strategiyaları, hədəf auditoriyanın müəyyənləşdirilməsi, reklam büdcəsinin idarə olunması və müasir rəqəmsal alətlərin tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə Google Ads, Meta Ads və digər platformalarda reklam kampaniyalarının planlaşdırılması, nəticələrin ölçülməsi, performans analizinin aparılması və rəqəmsal marketinqdə optimallaşdırma üsulları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...