Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal savadlılığa giriş: əsas anlayışlar" mövzusunda maarifləndirici təlimlər keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal savadlılığa giriş: əsas anlayışlar" mövzusunda maarifləndirici təlimlər keçirilib. Sentyabrın 9-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəqəmsal savadlılığın mahiyyəti, rəqəmsal texnologiyaların gündəlik həyatda və biznesdə rolu, informasiya axtarışı və istifadəsinin əsas prinsipləri, rəqəmsal təhlükəsizlik və müasir texnoloji trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə rəqəmsal bacarıqların inkişafı, elektron xidmətlərdən istifadə, onlayn ünsiyyət və əməkdaşlıq alətləri, rəqəmsal etik qaydalar və rəqəmsal mühitdə effektiv fəaliyyət yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...