Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal yaradıcılıq" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal yaradıcılıq" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 9-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəqəmsal yaradıcılığın mahiyyəti, innovativ düşüncənin biznes və marketinqdə rolu, yaradıcı dizayn alətlərinin tətbiqi, kontent istehsalında trendlər və rəqəmsal platformalarda kreativliyin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə vizual kontentin hazırlanması, ideyaların rəqəmsal formada təqdimatı, sosial mediada yaradıcı yanaşmalar, rəqəmsal dizayn prinsipləri və süni intellekt əsaslı yaradıcılıq alətləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...