Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəsmi ünsiyyət etikası" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəsmi ünsiyyət etikası" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən rəsmi ünsiyyətin qaydaları, işgüzar etika prinsipləri, yazılı və şifahi ünsiyyət standartları, peşəkar davranış tərzi və iş mühitində etik münasibətlərin formalaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə etik pozuntuların qarşısının alınması, rəsmi yazışmaların tərtibi, görüş və toplantılarda düzgün davranış, effektiv dinləmə və qarşı tərəflə peşəkar münasibətlərin qurulması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...