• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Reuse, Repair, Recycle modelləri" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Reuse, Repair, Recycle modelləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 21-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən tullantısız iqtisadiyyatın əsas prinsipləri olan yenidən istifadə (reuse), təmir–bərpa (repair) və təkrar emal (recycle) modellərinin mahiyyəti, resurslara qənaət, ekoloji dayanıqlığın gücləndirilməsi və dövri iqtisadiyyat çərçivəsində tətbiq imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə materialların həyat dövrünün uzadılması, istehsal prosesində tullantıların azaldılması, təkrar istifadə üçün uyğun məhsul dizaynı, bərpa oluna bilən komponentlərdən istifadə və müəssisələr üçün ekoloji üstünlüklər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...