• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Risk xəritəsi və risk ssenarilərinin planlanması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Risk xəritəsi və risk ssenarilərinin planlanması" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 14-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən risk xəritəsinin hazırlanması, potensial risklərin müəyyənləşdirilməsi və təsnifatı, risklərin ehtimal–təsir matrisinin qurulması, risk ssenarilərinin formalaşdırılması və idarəetmə planlarının hazırlanması barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə kritik risklərin prioritetləşdirilməsi, fövqəladə hallara hazırlıq, risklərin monitorinqi və nəzarət mexanizmləri, biznes davamlılığının təmin olunması və real ssenarilər əsasında praktiki yanaşmalar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...