Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Risklərin idarə olunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Risklərin idarə olunması" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 24-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznesdə risk anlayışı, risklərin növləri, onların qiymətləndirilməsi və azaldılması üsulları, qərarvermə prosesində risk idarəetməsinin rolu və müasir yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə maliyyə, əməliyyat və reputasiya risklərinin idarə olunması, risklərin monitorinqi və nəzarət mexanizmləri, risklərin sığortalanması, həmçinin böhran vəziyyətlərində effektiv idarəetmə strategiyaları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...