Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satışda dinləmə texnikaları (Active Listening 2.0)" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satışda dinləmə texnikaları (Active Listening 2.0)" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 4-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən satış prosesində aktiv dinləmənin rolu, müştərinin ehtiyaclarını düzgün anlama üsulları, empatiya və etimad qurma bacarıqları, həmçinin effektiv ünsiyyət strategiyaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə real satış situasiyaları əsasında aktiv dinləmə texnikalarının tətbiqi, müştəri etirazlarının düzgün idarə olunması və satışın uğurla bağlanmasına təsir edən kommunikasiya alətləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...