Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "SEO, SEM, sosial media reklamları" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "SEO, SEM, sosial media reklamları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 18-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən axtarış sistemlərində optimallaşdırmanın (SEO) əsasları, ödənişli reklam modelləri (SEM), rəqəmsal görünürlüğün artırılması, auditoriyaya hədəflənmə metodları və sosial media reklam platformalarının imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə kontent optimallaşdırılması, açar sözlərin analizi, reklam büdcəsinin düzgün bölünməsi, Facebook, Instagram və Google Ads reklamlarının qurulması, kampaniyaların ölçülməsi və nəticələrin təhlili ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...