Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətin hüquqi və maliyyə strukturu" mövzusunda maarifləndirici təlim keçirilib.
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətin hüquqi və maliyyə strukturu" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən şirkətlərin hüquqi formaları, idarəetmə strukturları, qərarvermə mexanizmləri, maliyyə axınlarının təşkili, maliyyə hesabatlarının rolu və hüquqi tələblərin biznesə təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə maliyyə strukturunun elementləri, kapitalın formalaşdırılması, öhdəliklərin idarə olunması, aktivlərin qorunması, şəffaf maliyyə idarəetməsi və şirkət strukturunun optimallaşdırılması üçün praktiki yanaşmalar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...