Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin təsis edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin təsis edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 21-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən şirkətlərin yaradılmasının hüquqi və təşkilati əsasları, təsis prosedurları, mülkiyyət formalarının seçilməsi, qeydiyyat prosesləri və sahibkarlıq fəaliyyətinə başlamaq üçün tələb olunan sənədlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə təsis müqaviləsinin hazırlanması, nizamnamə kapitalı və iştirak payları, vergi və hüquqi öhdəliklər, dövlət qeydiyyatının mərhələləri və şirkətlərin fəaliyyətə başlamasından sonra görülməli inzibati işlər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...