Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin təsis edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Şirkətlərin təsis edilməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 24-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən şirkətlərin yaradılmasının hüquqi və inzibati əsasları, təsis prosedurları, sahibkarlıq formalarının seçilməsi, qeydiyyat prosesi və vergi uçotuna alınma qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə təsis müqaviləsinin və nizamnamənin hazırlanması, iştirak paylarının müəyyənləşdirilməsi, hüquqi məsuliyyət və öhdəliklər, eləcə də şirkətin fəaliyyətə başlamasından sonrakı vacib inzibati addımlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...