Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Smart Grid sistemləri" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Smart Grid sistemləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 28-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən ağıllı enerji şəbəkələrinin (Smart Grid) mahiyyəti, real vaxt məlumat mübadiləsi, enerji istehlakının optimallaşdırılması, rəqəmsal idarəetmə texnologiyaları, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və enerjiyə tələbatın çevik idarə olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə ağıllı sayğaclar, avtomatlaşdırılmış paylama sistemləri, enerji itkilərinin azaldılması, Smart Grid-in müəssisələr üçün üstünlükləri, kibertəhlükəsizlik aspektləri və real tətbiq nümunələri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...