Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media idarəsi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media idarəsi" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 30-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən sosial media platformalarının idarə olunması prinsipləri, brend imicinin sosial şəbəkələrdə formalaşdırılması, izləyici auditoriyası ilə effektiv kommunikasiya, məzmun strategiyası və paylaşımların analizi barədə ətraflı məlumat verilib. Eyni zamanda 4 nəfər iştirakçının olduğu təlimdə kontent planlaşdırılması, sosial mediada reklam və tanıtım alətləri, performans göstəricilərinin izlənməsi, hədəf auditoriyanın müəyyənləşdirilməsi və sosial şəbəkələrdə reputasiya idarəetməsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...