Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media strategiyası" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media strategiyası" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 30-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən sosial medianın biznes inkişafında rolu, effektiv sosial media strategiyasının hazırlanması mərhələləri, hədəf auditoriyanın təyin edilməsi, məzmun planlaşdırılması və performans ölçmə metodları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə brendin sosial mediada mövqeləndirilməsi, rəqabət analizi, paylaşımların planlaşdırılması, izləyici əlaqələrinin idarə olunması və sosial media kampaniyalarının səmərəliliyinin artırılması yolları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...