Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial və ekoloji təsirin ölçülməsi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial və ekoloji təsirin ölçülməsi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 22-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən sosial və ekoloji təsirin mahiyyəti, ölçülmənin əhəmiyyəti, davamlı inkişaf çərçivəsində qiymətləndirmə prinsipləri, beynəlxalq yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə sosial layihələrin təsirinin ölçülməsi metodları, ekoloji göstəricilərin təhlili, təsir hesabatlarının hazırlanması, dayanıqlı biznes modellərinin qiymətləndirilməsi və nəticələrin monitorinqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...