• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sprint, backlog, daily stand-up anlayışları" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sprint, backlog, daily stand-up anlayışları" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 13-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən "Scrum" metodologiyasının mahiyyəti, sprintlərin planlaşdırılması, backlog-un idarə edilməsi, komanda işinin koordinasiyasında gündəlik iclasların rolu və çevik idarəetmə prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə tapşırıqların prioritetləşdirilməsi, sprint zamanı iş yükünün idarə olunması, komanda daxilində şəffaflıq və hesabatlılığın təmin edilməsi, məhsuldarlığın artırılması üçün çevik layihə idarəetmə alətlərinin tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...