Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Storytelling marketinqdə" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Storytelling marketinqdə" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 28-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən storytelling-in (hekayəçilik) marketinqdə rolu, brend hekayəsinin formalaşdırılması prinsipləri, emosional əlaqənin yaradılması, auditoriyanın diqqətini cəlb edən hekayə strukturları və müasir marketinq trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə brend mesajlarının hekayə vasitəsilə çatdırılması, sosial mediada hekayə yönümlü kontent strategiyaları, uğurlu beynəlxalq nümunələrin təhlili və hekayə danışığı texnikalarının tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...