Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Task → Deadline → Feedback dövrü" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Task → Deadline → Feedback dövrü" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 14-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən tapşırığın (task) düzgün formulasiya olunması, real və ölçülə bilən deadline-ların təyin edilməsi, nəticələrin qiymətləndirilməsi və effektiv feedback prosesinin idarə olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə tapşırığın icrası zamanı prioritetləşdirmə, vaxtın idarə olunması, komanda daxilində qarşılıqlı məsuliyyətin artırılması, konstruktiv rəyvermə qaydaları və davamlı inkişaf üçün geri əlaqə mexanizmləri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...