Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tənqidi və analitik düşüncə" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tənqidi və analitik düşüncə" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 26-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən tənqidi düşüncənin mahiyyəti, analitik yanaşmaların qərarvermədə rolu, məntiqi təhlil üsulları, informasiya axınında düzgün qərar seçimi və müasir düşüncə texnikaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə problem həll etmə bacarıqları, arqumentlərin qiymətləndirilməsi, yaradıcı və analitik yanaşmaların inteqrasiyası, komanda işində tənqidi düşüncənin tətbiqi və şəxsi inkişafda rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...