Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ümumi yığıncaq: çağırılması, səlahiyyətləri və qərarların hüquqi qüvvəsi" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ümumi yığıncaq: çağırılması, səlahiyyətləri və qərarların hüquqi qüvvəsi" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 25-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən ümumi yığıncağın çağırılması qaydaları, gündəliyin formalaşdırılması, iclasın təşkili və keçirilmə prosedurları, iştirakçıların hüquq və vəzifələri, müasir korporativ idarəetmə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə ümumi yığıncağın səlahiyyətləri, qəbul edilən qərarların hüquqi qüvvəsi, onların icrası mexanizmləri, etibarsız qərarların nəticələri, şəffaflıq və hesabatlılığın təmin olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...