Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergi bəyannamələrini rəqəmsal göndərmək" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergi bəyannamələrini rəqəmsal göndərmək" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 26-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən vergi bəyannamələrinin elektron şəkildə hazırlanması və göndərilməsi, rəqəmsal vergi xidmətlərinin üstünlükləri, vergi portalında bəyannamə formalarının doldurulması qaydaları və elektron təsdiq prosesləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə ƏDV, mənfəət, gəlir və digər vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, sistemdə tez-tez rast gəlinən səhvlərin aradan qaldırılması, şəxsi kabinetdə yoxlamaların aparılması və real nümunələr əsasında praktiki izahlar ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...