Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergitutma haqqında əsas anlayışlar" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergitutma haqqında əsas anlayışlar" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 11-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən vergilərin mahiyyəti, vergi sisteminin əsas prinsipləri, dövlət büdcəsinin formalaşmasında verginin rolu, vergi ödəyicilərinin hüquq və vəzifələri, müasir vergi trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə vergitutma növləri, sadələşdirilmiş və ümumi vergi rejimlərinin xüsusiyyətləri, sahibkarlar üçün vergi öhdəlikləri, hesabatlılıq və şəffaflıq prinsipləri, vergi intizamının əhəmiyyəti ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...