• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Video və canlı yayım vasitəsilə satışların artırılması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Video və canlı yayım vasitəsilə satışların artırılması" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 23-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən video marketinqin mahiyyəti, canlı yayımın satış strategiyalarında rolu, auditoriya ilə interaktiv əlaqə qurmaq üsulları, məhsul və xidmətlərin təqdimatında kreativ yanaşmalar və müasir rəqəmsal trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə video kontentin hazırlanması qaydaları, canlı yayımlarda effektiv təqdimat üsulları, izləyici ilə ünsiyyət strategiyaları, satış dönüşlərini artırmaq üçün texniki və marketinq alətləri, nəticələrin ölçülməsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...