Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xammal gecikməsi, istehsal dayanması, nəqliyyat riskləri" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xammal gecikməsi, istehsal dayanması, nəqliyyat riskləri" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 20-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən təchizat zəncirində yaranan kritik risklər, xammal gecikmələrinin səbəbləri, istehsal prosesində dayanma halları, nəqliyyat və logistika risklərinin idarə edilməsi və risklərin biznesə təsirinin azaldılması üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə alternativ təchizat planlarının qurulması, ehtiyat mexanizmlərinin hazırlanması, risk ssenarilərinin modelləşdirilməsi, optimal marşrut seçimi, logistika proseslərinin monitorinqi və real risk hadisələri üzrə praktiki təhlillər ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...