Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaradıcı düşüncə" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaradıcı düşüncə" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 27-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaradıcı düşüncənin mahiyyəti, innovativ yanaşmaların formalaşdırılması, fərqli baxış bucağının inkişafı, problem həllində yaradıcılığın rolu və iş mühitində yaradıcı ideyaların tətbiqi yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə yaradıcı düşünmənin stimullaşdırılması üsulları, "brainstorming" və dizayn düşüncə metodlarının tətbiqi, fərqli ideyaların biznes qərarlarına çevrilməsi və innovativ komanda mədəniyyətinin formalaşdırılması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...