Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl innovasiyalar" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl innovasiyalar" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 7-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaşıl innovasiyaların mahiyyəti, ekoloji dayanıqlığın biznesdə rolu, resursların səmərəli istifadəsi, təmiz texnologiyaların tətbiqi və müasir ekoloji trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə yaşıl iqtisadiyyat prinsipləri, enerji səmərəliliyi, tullantıların azaldılması, ekoloji innovasiyaların rəqabət üstünlüyü yaratması və sahibkarlar üçün yaşıl həllərin tətbiqi imkanları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...